Keçid linkləri

Təcili xəbərlər
2021, 08 Mart, Bazar ertəsi, Bakı vaxtı 00:24

Gənc bərbərin özünü asdığı deyilir


Foto illüstrasiya

İyulun 8-i axşam saatlarında Salyan rayonunda intihar hadisəsinin baş verdiyi bildirilir.

Virtual.org saytının xəbərinə görə, hadisə Salyan şəhəri, 20 Yanvar küçəsində qeydə alınıb.

Həmin ünvanda yaşayan və bərbər işləyən 29 yaşlı Rafət Quliyevin həyətlərindəki yardımçı tikilidə asılmış meyiti aşkarlanıb.

Yaxınlarının bildirdiklərinə görə, onun bu yaxınlarda ailə həyatı quracağı gözlənilirmiş. Hadisənin səbəbi, hələlik, məlum deyil.

Salyan Rayon Prokurorluğu faktla bağlı araşdırmalara başlayıb.

Son vaxtlar ölkədə intihar hallarının artdığı deyilir. Müstəqil ekspertlər ölkədə intiharların səbəblərini ayrılıqda araşdıran mərkəzin yaradılmasını təklif edirlər. Mətbuatda dərc edilən araşdırmalarda isə qeyd edilir ki, insanlar daha çox maddi problemlər və hüquqsuzluq üzündən intihar yolunu seçirlər.

XS
SM
MD
LG