Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:53

Atəşkəslə bağlı 9 iyul açıqlaması


Erməni əsgər
Erməni əsgər

Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəsi ümumilikdə 12 dəfə pozublar.

Ermənistanın Noyemberyan, İcevan rayonlarından Azərbaycan ordusunun Qazax rayonunun Qaymaqlı və Bala Cəfərli kəndlərində yerləşən mövqeləri atəşə tutulub.

Bundan başqa, Füzuli rayonunun işğal altındakı ərazilərindən də Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinin vurulduğu açıqlanıb.

Qarabağ cəbhəsində aprelin 2-dən 5-dək hərbi əməliyyatlarda hər iki tərəfdən onlarla hərbçi həlak olub. Gərginliyi aradan qaldırmaqdan ötrü Qarabağ münaqişəsinin tənzimlənməsində vasitəçi olan ATƏT-in Minsk qrupu həmsədrlərinin təşəbbüsü ilə mayın 16-da Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirilib. Görüşdən sonra atəşkəsin pozulması davam etsə də, iri hərbi əməliyyatların keçirilmədiyi bildirilir.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. Ermənistan silahlı qüvvələri Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ona bitişik 7 rayonu işğal ediblər.

XS
SM
MD
LG