Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:53

Quduzluğa yoluxan 11 yaşlı uşaq ölüb


İtlər
İtlər

İyulun 7-də Salyan rayonunun Dayıkənd kənd sakini, 11 yaşlı A.İ.-nin quduzluğa yoluxduqdan sonra öldüyü bildirilir.

Virtual.org saytının xəbərinə görə, uşağı 15 gün öncə kənddə it dişləyib. Buna görə də valideynləri həkimə müraciət ediblər.

Xəbərdə qeyd edilir ki, Salyan Rayon Mərkəzi Xəstəxanasının həkimləri ona quduzluq diaqnozu qoyaraq müvafiq müalicə təyin ediblər. Amma buna baxmayaraq, uşağın səhhəti günü-gündən ağırlaşdığından bir neçə gün əvvəl onu Bakıdakı 1 saylı Şəhər Klinik Xəstəxanasının yoluxucu xəstəliklər şöbəsinə gətiriblər.

Quduzluğa qarşı görülən tədbirlərin effekt vermədiyi suallar doğurur.

Bu il mayın 27-də Zaqatala rayonunda da quduzluq xəstəliyi aşkarlanan 47 yaşlı bir qadın ölmüşdü. Onda Zaqatala Mərkəzi Rayon Xəstəxanasından bildirirdilər ki, quduzluğa yoluxan Faldar kənd sakini, 47 yaşlı P.T. həkimlərə gec müraciət edib.

P.T-nın mayın 22-də quduzluq xəstəliyi əlamətləri ilə xəstəxanaya qəbul edildiyi deyilirdi.

Səhiyyə Nazirliyindən də bildirirdilər ki, hələ aprel ayının 1-də onu yaşadığı kənddə küçə iti dişləyib. P.T. vaxtında həkimə müraciət etməyib. Yalnız bu xəstəliyin əlamətləri üzə çıxandan sonra həkimlərə üz tutub. Onda isə artıq gec olub.

XS
SM
MD
LG