Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 15:39

Şairə Məsum Cabbarpur: Şəriət qadının hər hərəkətini nəzarətdə saxlayır


İran azərbaycanlısı, şairə Məsum Cabbarpur
İran azərbaycanlısı, şairə Məsum Cabbarpur

-

"Dünyanın heç bir yerində qadınlara kişilərlə bərabər haqlalara sahib varlıq kimi baxılmır. Bu məsələdə dindar hökumətin olduğu İranda qat-qat ağır durumdadır. Burada qadınlar ən təməl haqlardan belə məhrumdurlar".

Azərbaycan mənşəlli iranlı şairə Məsum Cabbarpur Təbrizdə doğulub. Riyaziyyat üzrə bakalavr və magistratura təhsili alıb. İlk şeirlərini farsca yazsa da sonradan azərbaycanca şeirlər yazmağa başlayıb. İndiyədək iki şeirlər kitabı çapdan çıxıb. Şeirlərindəki sosial mesajlar verdiyindən, qadınların cəmiyyətdə qarşılaşdığı ayrıseçkiliklərdən bəhs etdiyindən İran Azərbaycanında olduqca yaxşı tanınır. Məsum Cabbarpur Oxu Zalı ilə söhbətində şeirləri, İran cəmiyyətində qadınların durumu, oranın ədəbi mühiti, kitab çap etdirməyin çətinlikləri və s. haqqında danışıb.

- Məsum xanım, şeir sizin üçün nəyi ifadə edir, necə olub fikirlərinzi şeirlər ifadə etməyə qərar vermisiniz?

- Şeir mənə həyatı ifadə edir. Mənim fikrimcə həyat kimsənin qətiyyən başa düşə bilməyəcəyi qədər dolaşıq bir varlıqdır. Mənə həmişə fəlsəfə elmi maraqlı olub. Bu dünya nədir? Bizlər kimik? Haradan gəlib haraya gedirik? Kainatın yaradanı varmı? Varsa necə bir varlıqdır? Adildirmi? Ağlımıza sığa bilərmi?... Bu kimi suallar həmişə məni özünə cəlb etmişdir. Mən dünya ilə öz dili ilə danışmaq istəmişəm həmişə. Önün üçün də şeir dilini seçmişəm. Bəlkə həyat özü də şeirə bənzəyir. Söz mülkü dünya qədər geniş, ucsuz-bucaqsızdır. Mən şeirlə çəkdiyim acıları kağızın üzərinə gətirməklə yüngülləşirəm. Önün üçün də mən şeir dilini çox sevirəm...

- İranda azərbaycanlı şairlər toplaşdığı bir ədəbiyyat dərnəyiniz ya da təşkilatınız varmı? Yoxsa ədəbi mühitdən kənardasınız?

İranın mdoern qadın şairələri Parvin Etesami və Furuğ Fərruxzad
İranın mdoern qadın şairələri Parvin Etesami və Furuğ Fərruxzad

- Bu günlərdə elə dərnəklər yox kimidri. Ancaq bizdə bir ifadə vardır, deyərik "vardaaa". Olan toplantılarla dərnəklər ümumiyyətlə ağır nəzarət altındadır. Elə yığıncaqlardan xoşlanmadığım bir kənarda qalsın, iş-güc, bir də yazı-pozu nədəni ilə çox elə məclislərdə iştirak edə biləcək vaxım da olmur.

- Şeirləriniz adətən qadın olmağın çətinliyindən bəhs edir? Bu çətinlik İran cəmiyyətində yaşamanızdanmı irəli gəlir? Ümiyyətlə İran cəmiyyətində qadın üçün hansı çətinliklər var?

- Məncə demək olar hələ də dünyanın heç bir yerində qadınlara kişilərlə bərabər haqlalara sahib varlıq kimi baxılmır. Bu məsələdə dindar hökumətin olduğu İranda qat-qat ağır durumdadır. Burada qadınlar ən təməl haqlardan belə məhrumdurlar. Şəriət qanunları qadınların hər bir hərəkətini nəzarətdə saxlayır. Geyimdən tutun, evlilik, boşanmaq, işləməyə qədər. Bir düşünün islamın şəriət qanunlarına dayanaraq bir qadının həyat yoldaşının izni olmadan ölkədən çıxmaq ya da işə getmək haqqı yoxdur. Evli qadın ərindən boşanmaq haqqı yoxdur. İndi siz buna illər boyu bu düşüncələrin cəmiyyətdə daşlaşıb qadınların belə onlarla barışmasını da işə əlavə edin. Demək istədiyim budur ki, bizlər haqlarımızı qazanmaq üçün bəzən bir sıra mühafizəkar - geriçi qadınlarla da belə mubarizə aparmalıyıq. Bu məsələ, işi daha da zorlaşdırır. Əlbəttə, bunu da əlavə edim ki, xoşbəxtlikdən əksinə bu yolda bir sıra kişilər bizlərin yanındadırlar.

- Sizin şeirlərinizi cəmiyyətə etiraz kimi də qəbul etmək olar. Necə düşünürsünüz, şairin etirazları cəmiyyəti dəyişdirə bilirmi, yoxsa sadəcə etiraz olaraq qalır həmişə?

İranlı qadın Tehranın küçəsi ilə addımlayır.
İranlı qadın Tehranın küçəsi ilə addımlayır.

- Bu suala həm hə də demək olar, həm də yox. Əslində nəticə eşidib oxuyanın dünyaya baxışı, yaşı, cinsi, dinə münasibəti, təhsili, mənsub olduğu ictimai təbəqə, həm də başqa bu kimi özəlliklərinə bağlıdır. Mislaçün, orta yaşlara çatıb ötmüş adamlar, din təəssübkeşliyi olan ya da təhsili yarımçıq olub məntiq hövzəsindən uzaq şəxslərdə əlbəttə ki, təəssüflə təsiri azdır. Ancaq yeniyetmələr, yüksək düşüncə potensialı olan şəxslər yaxud iki yolun ortasında qalmış insanların düşüncəsində məncə şeir möcüzə edə bilər. Hər halda məncə şair nəticəni düşünməməlidir. O ancaq boynunda hiss etdiyi vəzifəni yerinə yetirməli, bir də tələsməməlidir. Böyüklərimiz demişlər: su axmağında olsun gərək, bəlkə də maneələrin qarşısında dayandı,üst-üstə yığışdı, ancaq bir zaman özünə yol açıb hər yanı yıxaraq daha güclü yolunu davam etdirər.

- İndiyədək İranda şeirlər kitabınız çap olunubmu, İranda kitab çap etdirmək sahəsində hansı çətinliklər var? Özünüzün arzunuz varmı kitablarınız çap olunsan və daha çox xalqa çatsın şeirləriniz?

Məsum Cabbarpurun kitablarından birinin üz qabığı.
Məsum Cabbarpurun kitablarından birinin üz qabığı.

- Bu gün "Qar adam" adlı şeir toplusu kitabımın lazımi icazələri alınıb çapa hazır durumdadır. Həm də ikinci şeir toplusu kitabımın parçaları bir yerə yığılı Mədəniyyət Nazirliyinə yollanmağa hazırdır. Bizim ölkə İranda çətinliklər bitmək bilmir. Kitab sahəsi da o çətinliklərin biridir. Bir tərəfdən çapa gedən kitablara Mədəniyyət Nazirliyi tərəfdən həm çapdan öncə, həm də çapdan sonra (yayımlanmazdan öncə) çox ağır nəzarətlər olunur. Bəzən bircə kəlməyə görə o kəlmənin daxil olduğu bütöv bir şeirə qırmızı qələm çəkilir. Bu da şairin toplusunun ayrıcalığına böyük zərbələr vurur. Yaxud ən azı qayçı ilə şeirin başından, ortasında, axırından sətirləri kəsib, şeiri anlaşılmaz, xoşa gəlməz hala salırlar. Çox vaxt şair belə durumda şeirini çap etdirməkdən vaz keçir. Belə halları başqalarında görən şairlər də əlbəttə ki özləri kitabı mədəniyyət müfəttişlərinə tapşırmadan qayçıdan keçirdib, başqa sözlə daxili senzura edirlər. Başqa tərəfdən isə təəssüflə İranda keçmişdən bəri kitab oxuyan azdır. Belə hallar da oxucuları lap qaçırdır. Başqa amillər də vardır. O cümlədən cürbəcür elektron kitabların pulsuz, çox rahatlıqla əldə edilməsi, həm də mobil cihazlarda quraşdırılıb rahatlıqla istifadə olunan elektron kitablardır. Camaat atdaq-putdaq oxumağa adət edibdir. Virtual dünya ilə elekron yayınlar min çətinliklə çap olunmuş kitablara böyük qənimə dönüşübdür. Bunu da əlavə edim ki bu tip yayınlara nəzarət az olduğu, camaatın onlara tərəf rəğbət göstərməyinin digər nədənlərindəndir. Ancaq bunların heç biri bizi tutduğumuz hədəfdən yayındırmir. Əvvəldə dediyim kimi yazıçı sonuca çox fikir verməməlidir. Böyüklərimiz demişlər: " saxla samanı, gələr zamanı". İnanıram belə çətinliklərlə belə dolğun içərikli şeirlərlə yazıların hələ də müştərisi başı üstündədir.

- Müasir İran qadın şeirində kimləri oxuyursunuz, kimlərdən təsirlənirsiniz?

İranlı feminist şairə və rejissor Furuğ Fərruxzad.
İranlı feminist şairə və rejissor Furuğ Fərruxzad.

- Özünü bəyənəndir deməyin lütfən, ancaq bu tayda tanıdığım türkcə yazan şairlərin demək olar heç birini sevmirəm. Fars şairi Foruğ Fərroxzadın şeirlərini həm özüm sevirəm həm də mənlə onun yazılarını oxuyanlar dəfələrlə mənə deyiblər ki bizim dillərimizin, üslublarımızın arasında yaxınlıq vardır. Bir də türk şairi olan Attila ilhanın əsərlərini oxuyub sevmişəm və Bəxtiyar Vahabzade ilk tanıdığım şair olub.

XS
SM
MD
LG