Keçid linkləri

2017, 28 İyun, çərşənbə, Bakı vaxtı 00:47

Ulyanovskdan Bakıya aviareys açılır


-

Rusiyanın Ulyanovsk şəhərindən Bakıya birbaşa mövsümü aviareysin açılacağı bildirilir.

AZƏRTAC xəbər verir ki, uçuşlar iyulun 15-dən sentyabrın 30-dək yerinə yetiriləcək.

Həftədə bir dəfə olmaqla cümə günü baş tutacaq.

Uçuşun müddəti isə 2 saat 45 dəqiqə olacaq. Yeni aviareysin qiyməti isə, hələlik, açıqlanmır.

Bu vaxta qədər Ulyanovsk sakinləri Bakıya Kazan-Bakı aviareysi ilə səfər edə bilirdilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG