Keçid linkləri

Təcili xəbərlər
2021, 25 Sentyabr, şənbə, Bakı vaxtı 02:27

Qadının intihar etdiyi deyilir


Polis

Bakıda intihar hadisəsinin baş verdiyi bildirilir.

APA-nın xəbərinə görə, hadisə şəhərin Arif Heydərov küçəsində qeydə alınıb.
Zəra Sadıqova adlı qadının çoxmərtəbəli yaşayış binasından özünü atdığı bildirilir. Qadının binanın 1-ci mərtəbəsindəki marketin damına, oradan isə yerə düşərək öldüyü söylənir.

Hadisənin səbəbi ilə bağlı açıqlama verilmir.

Son vaxtlarölkədəintihar hallarının artdığı bildirilir. Ancaq bu hadisələrin səbəblərini araşdıran ayrıca mərkəz yoxdur. Mətbuatda gedən araşdırmalarda isə insanların daha çox maddi problemlər üzündən intihar etdiyi vurğulanır.

XS
SM
MD
LG