Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:38

Rusiyaya gedən azalıb, gələn çoxalıb


Bakı-Moskva qatarı
Bakı-Moskva qatarı

-

Bu ilin I rübündə Azərbaycandan Rusiyaya gedənlərin sayında azalma olduğu bildirilir.

APA-nın xəbərinə görə, hesabat dövründə Azərbaycandan Rusiyaya 159 min nəfər insan səfər edib. Bu da əvvəlki dövrlə müqayisədə 6.5 faiz azalma deməkdir.

Xəbərdə qeyd edilir ki, ümumilikdə, Rusiyaya səfər edənlərin sayına görə Azərbaycan 5-ci yeri tutur. Bu siyahıda birinci yerdə Ukraynanın qərarlaşdığı bildirilir. Ukraynadan Rusiyaya hesabat dövründə 1 mln. 212 min nəfərin getdiyi bildirilir (16.8 faiz azalma). İkinci yeri Qazaxıstanın (599 min nəfər, 50.2 faiz azalma), üçüncü yeri Polşanın (365 min nəfər, 12.1 faiz azalma), dördüncü yeri isə Finlandiyanın (305 min, 5.9 faiz azalma) tutduğu qeyd edilir

Bu ilin ilk 3 ayında Rusiyadan Azərbaycana səfər edənlərin sayında isə artım müşahidə olunduğu açıqlanıb. Bu müddətdə Azərbaycana şimal qonşusundan 106 min nəfərin gəldiyi bildirilir. Bunda da 1.9 faiz artım olduğu deyilir.

XS
SM
MD
LG