Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:56

Buffon: «Neuer məndən güclüdür»


Gianluigi Buffon
Gianluigi Buffon

-

İtaliya yığmasının ünlü qolkiperi Gianluigi Buffon 1/8 finalda İspaniya üzərində qələbədən (2:0) sonra komandasının əzmkarlığını xüsusi qeyd edib. O həmçinin Almaniya yığmasından olan həmkarı Manuel Neuer-i dünyanın ən yaxşı qapıçısı adlandırıb.

Tmw Buffonun bu fikirlərinə yer verib:

«Həmişə tətikdə olmalıyam, əks halda oyundaşlarımın gördüyü bütün yaxşı işlərin üzərindən xətt çəkə bilərəm. Komandamızda ulduzlar olmasa da, meydanda canını qoymağa hazır olan futbolçular var. Həmişə yanımızda olan azarkeşləri məyus etmək istəmirik. Buffon, yoxsa Neuer? Əlbəttə, Neuer. O gəncdir, səviyyəlidir. Yaşıma görə müəyyən oyunçularla rəqabət apara bilmərəm. Ancaq İtaliya yığmasının və ya «Yuventus»un formasını geyəndə başqalarından pis görünməməyə çalışıram. Almaniya? Kağız üzərində onlar güclüdür. Ancaq oyun hər şeyi göstərəcək».

Xatırladaq ki, 1/4 finalda İtaliya məhz Almaniya ilə qarşılaşacaq.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG