Keçid linkləri

Təcili xəbərlər
2021, 23 İyun, çərşənbə, Bakı vaxtı 10:35

Başıbəlalı xəstənin digər ayağını da kəsirlər


Ayağı səhvən kəsilən: "Həkim pula görə məni bu günə qoydu"
Gözlə

No media source currently available

0:00 0:01:54 0:00

Ayağı səhvən kəsilən: "Həkim pula görə məni bu günə qoydu"

-

Ayağı yanlış amputasiya olunan xəstə iyunun 26-da yenidən əməliyyat olunacaq.

Bu haqda Səhiyyə Nazirliyi Angioloji və Mikrocərrahiyyə Mərkəzinin direktoru Azər Şəmsəddinski məlumat verib.

O, APA-ya deyib ki, bu gün Angioloji və Mikrocərrahiyyə Mərkəzinin tibbi ekspertləri və ekspertiza komissiyasının nümayəndələrinin iştirakı ilə iclas keçirilib: «Xəstənin sol ayağının da kəsilməsinə qərar verilib. Xəstənin yaxınları da buna razılıq verdi və sabah xəstə yenidən əməliyyat olunacaq».

A.Şəmsəddinski bu dəfə xəstəni özünün əməliyyat edəcəyini bildirib.

Angioloji və Mikrocərrahiyyə Mərkəzində şəkərli diabet xəstəsi olan 87 yaşlı Tərlan Məmmədovaya sol ayağının kəsilməsi barədə diaqnoz qoyulub. Ancaq həkim-cərrah Valeh Kərimovun onun yanlışlıqla iltihablı sol ayağı əvəzinə sağlam sağ ayağını kəsdiyi bildirilir.

Fakta görə Cinayət Məcəlləsinin 131.2-ci maddəsi ilə iş açılıb. Həkim-cərrah dindirildikdən sonra sərbəst buraxılıb.

XS
SM
MD
LG