Keçid linkləri

Təcili xəbərlər
2021, 16 Yanvar, şənbə, Bakı vaxtı 10:52

Özbəkistanda yeni dəmiryol tuneli açıldı


Foto arxiv

Özbəkistanda “İpək yolu” layihəsi çərçivəsində yeni dəmiryol xətti və tunelinin açılışı olub. Layihəni çin maliyyələşdirib.

Bu yol Özbəkistanın Fərqanə vadisi ilə ölkənin digər ərazisini birləşdirir.

Anqren-Pap xətti Kamçik aşırımından keçir. Bu xətt “İpək yolu” nun əsas hissələrindən biridir və Çinlə Orta Asiyanı birləşdirir.

Açılış mərasimində Çin prezidenti Xi Jinping və Özbəkistan prezidenti İslam Karimov iştirak ediblər.

Çin şirkətləri ötən il Özbəkistana 15 milyard dollara yaxın sərmayə qoyublar.

İki ölkə arasındakı ticarət dövriyyəsi isə 1 trilyon dolları ötüb.

Bu Çinin xarici ticarət dövriyyəsinin ¼-i deməkdir.

XS
SM
MD
LG