-
Pentaqon bəyan edib ki, Quantanamoda saxlanan yəmənli məhbus Monteneqroya göndərilib. Bu, ABŞ-ın Kubadakı bazasından məhbus buraxılmasının növbəti raundu çərçivəsində həyata keçirilib.
Əslində Abdel Malik Abdel Wahab al-Rahabi 2014-cü ilin martında buraxıla bilərdi. Ancaq Obama administrasiyası Yəməndə vətəndaş müharibəsi getdiyindən məhbusları oraya göndərmir.
Keçmiş Al-Qaeda mühafizəçisini qəbul edəcək başqa bir ölkənin tapılmasına iki il lazım gəlib.
Dövlət Departamentinin təmsilçisi Lee Wolosky iyunun 22-də söyləyib ki, Birləşmiş Ştatlar Monteneqronun bu il ikinci məhbusu qəbul etməsinə görə təşəkkür edir.
Hazırda Quantanamoda 79 məhbus var, onlardan 29-u öz ölkəsinə, yaxud başqa ölkəyə göndəriləcək.