Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:15

Burak Yılmaz: «Pley-offa adlayacağımıza ümid edirəm»


Burak Yılmaz
Burak Yılmaz

-

Türkiyə yığmasının hücumçusu Burak Yılmaz Çexiya ilə oyundan (2:0) sonra qələbədən məmnunluğunu ifadə edib. Komandasının ilk qolunu vuran forvard həm də matçın ən yaxşı oyunçusu sayılıb. UEFA-nın rəsmi saytında yer alan açıqlamada deyilir: «Bu gün son şansımız idi. Təkcə qələbə yox, həm də 2 top fərqi ilə qələbə qazanmalıydıq. Hər birimiz bunu gözəl anlayırdıq. Hər şey istədiyimiz kimi oldu: erkən qol vurduq və irəli atılan rəqib boş zonalar buraxmağa başladı. Xoşbəxtlikdən hər şey alındı. Çox xoşbəxtik. Pley-offa adlayacağımıza ümid edirəm».

Məğlubiyyətdən sarsılan Çexiya yığmasının ünlü yarımmüdafiəçisi Jaroslav Plasil isə beynəlxalq karyerasını bitirdiyini elan edib. Bu il 34 yaşı tamam olan futbolçu 2004-cü ildən ölkəsinin şərəfini qoruyurdu: «Hamıya «sağ ol» demək istəyirəm. Yığmada keçirdiyim uzun illərdən sonra 103 oyunla beynəlxalq karyeramı bitirmək məqamı gəldi. Çoxlu həyəcanlı anlar yaşamışam. Və Türkiyəyə uduzmağımıza baxmayaraq, ölkəmi Fransadakı turnirdə təmsil edə bildiyimə görə qürur duyuram».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG