Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:15

Atəşkəslə bağlı 21 iyun açıqlaması


Erməni əsgər
Erməni əsgər

-

Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 12 dəfə pozublar.

Məlumatda qeyd edilir ki, Ermənistanın İcevan rayonundan Azərbaycan ordusunun Ağstafa rayonunun Köhnəqışlaq kəndində və Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqeləri atəşə tutulub.
Bundan başqa, Ağdam, Xocavənd və Füzuli rayonları istiqamətində də Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinin vurulduğu açıqlanıb.

Müdafiə Nazirliyinin iyunun 20-də yayılan açıqlamasında isə atəşkəsin gün ərzində 11 dəfə pozulduğu bildirilirdi.

Qarabağ cəbhəsində aprelin 2-dən 5-dək hərbi əməliyyatlarda hər iki tərəfdən onlarla hərbçi həlak olub. Gərginliyi aradan qaldırmaqdan ötrü Qarabağ münaqişəsinin tənzimlənməsində vasitəçi olan ATƏT-in Minsk qrupu həmsədrlərinin təşəbbüsü ilə mayın 16-da Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirilib. Görüşdən sonra atəşkəsin pozulması davam etsə də, iri hərbi əməliyyatların keçirilmədiyi bildirilir.

Dünən isə Sankt –Peterburqda Rusiya dövlət başçısı Vladimir Putin-in iştirakı ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü olub. Bu görüşdə də atəşkəsin gücləndirilməsi məqsədilə ATƏT müşahidəçilərinin sayının artırılması haqda razılıq əldə edildiyi bildirilir.

XS
SM
MD
LG