Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:21

İlham Əliyev Sankt-Peterburqdadır


İlham Əliyev
İlham Əliyev

-

Azərbaycan prezidenti İlham Əliyev iyunun 20-də Rusiya Federasiyasına gedib.

AZƏRTAC xəbər verir ki, Sankt-Peterburq şəhərinin «Pulkovo-1» hava limanında İlham Əliyevi qubernator Georgy Poltavchenko və digər rəsmi şəxslər qarşılayıblar.

İlham Əliyev bu gün Rusiya prezidenti Vladim Putin və Ermənistan prezidenti Serzh Sarkisian-la görüşməlidir.

V.Putin-in Azərbaycan və Ermənistan prezidentləri ilə əvvəlcə ayrılıqda, daha sonra isə üçtərəfli formatda görüşəcəyi bildirir.

Azərbaycan və Ermənistan prezidentlərinin sonuncu görüşü ötən ayın 16-da Vyanada gerçəkləşmişdi. Görüşdən sonra ATƏT-in Minsk qrupunun bəyanatında deyilirdi ki, prezidentlər Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə bir daha sadiq olduqlarını bəyan ediblər.

XS
SM
MD
LG