-
Prezidenti İlham Əliyev Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Hüquqi İşlər və Demokratiya üzrə Komitəsinin sədri, insan haqları üzrə məruzəçi Alain Destexhe-i qəbul edib.
President.az saytının xəbərinə görə, A.Destexhe deyib ki, Azərbaycana 90 saylı Ağdaş seçki dairəsində keçiriləcək təkrar seçkiləri izləməkdən ötrü gəlib.
Görüşdə Azərbaycanla Avropa Şurası arasında əməkdaşlıqla bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldığı bildirilir.
90 saylı Ağdaş seçki dairəsində təkrar seçkilər iyunun 18-də keçiriləcək.
Bu dairədə 7 nəfərin namizədliyi qeydə alınıb. Həmin dairədə seçkiləri ümumilikdə AŞPA-dan 5 müşahidəçi izləməlidir.