Keçid linkləri

Təcili xəbərlər
2021, 08 Mart, Bazar ertəsi, Bakı vaxtı 04:49

Reza Zarrab ev dustaqlığına buraxılmadı


Reza Zarrab

-

ABŞ-da məhkəmə varlı qızıl ticarətçisini ev dustaqlığına buraxmayıb. Hakim Richard Berman-ın iyunun 16-da çıxardığı qərarda deyilir ki, İran və Türkiyə vətəndaşı olan Reza Zarrab həbsdə qalmalıdır, çünki sərvəti və əlaqələri onun qaçışını mümkün edir.

Zarrab martda Mayamidə saxanıb, İranın ABŞ sanksiyalarından yayınmasına kömək etməkdə təqsirli bilinir.

O, 50 milyon dollar müqabilində buraxılmaq, həbsini Menhettendəki evində keçirmək istəyirdi.

Zarrab-ın vəkilləri hakimin qərarını “məyusedici” adlandırıb. O, ittihamları qəbul etmir.

Reza Zarrab türkiyəli pop müğənni Ebru Gundes-lə evlidir və 2013-cü ildə Türkiyədə korrupsiya qalmaqalının mərkəzində dayanıb.

XS
SM
MD
LG