-
Rusiyanın Müdafiə Nazirliyi elan edib iyunun 16-da Suriyanın Hələb şəhərində 48 saatlıq atəşkəs başlanır.
ABŞ Dövlət Departamentinin sözçüsü də dpa agentliyinə Suriyada tərəflərin döyüşlərin dayandırılmasına razılaşdıqlarını təsdiqləyib.
ABŞ Dövlət katibi John Kerry iyunun 15-də Rusiya və Suriya rejiminə xəbərdarlıq edib ki, ABŞ-ın səbri tükənmək üzrədir və onlar fevralda razılaşdırılmış atəşkəsə sayqı göstərməlidirlər.
Rusiya Al-Qaeda-nın Suriya qanadı olan AL-Nusra Cəbhəsini Hələb yaxınlığına hücumlarda suçlayır. Rusiya isə Suriya rejimini dəstəkləyir.
Suriya İnsan Haqları Təşkilatının məlumatına görə, iyunun 14-dən bəri 70 döyüşçü öldürülüb.