Keçid linkləri

Təcili xəbərlər
2020, 01 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 01:06

Pakistan İordaniyadan F-16 alacaq


F-16

-

Pakistan İordaniyadan F-16 qırıcıları almağı nəzərdən keçirir. Belə ki, Birləşmiş Ştatlardan səkkiz təyyarənin alınması barədə saziş dayandırılıb, ABŞ Konqresi sazişə maliyyə ayırmaqdan imtina edib.

Pakistan hökumətinin xarici məsələlər üzrə müşaviri Sartaj Aziz iyunun 14-də İslamabadda jurnalistlərə deyib ki, Pakistan ABŞ-la sazişi ləğv etməli olacaq. Bununla da iki ölkə arasından gərginlik daha da artmış olacaq.

Pakistanın 70 F-16-dan ibarət hava donanmasının bir hissəsi köhnəlib və hökumət Əfqanıstanla sərhəddəki dağlıq ərazilərdə islamçı yaraqlılarla savaş üçün yeni təyyarələr almaq istəyir.

İordaniya Pakistana Block-30 variantından 16 işlənmiş F-16 təklif edib. ABŞ-dan alınacaq F-16-lar isə Block-52 versiyasından idi. ABŞ-la sazişin dəyəri 699 milyon dollardır.

XS
SM
MD
LG