Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:39

"Nabat" və "Axınla aşağı" filmləri indi də Türkiyədə


"Axınla aşağı" filmindən bir kadr
"Axınla aşağı" filmindən bir kadr

İki Azərbaycan filmi Türkiyədə nümayiş olunacaq

-

İki Azərbaycan filmi Türkiyədə nümayiş olunacaq

Kinorejissorlar Elçin Musaoğlunun “Nabat” və Asif Rüstəmovun “Axınla aşağı” tammetrajlı bədii filmləri Türkiyənin “Kristal Kale” Beynəlxalq Film Festivalının göstəriləcək.

Bu haqda xəbəri Cəfər Cabbarlı adına kinostudiya AZƏRTAC-a bildirib

"Nabat" filmindən bir kadr
"Nabat" filmindən bir kadr

Xəbərə görə iyunun 24-dən 30-dək keçiriləcək “Kristal Kale” festivalında Azərbaycan, Almaniya, Bolqarıstan, Belarus, Qazaxıstan, Rusiya və digər ölkələrin istehsalı olan filmlər nümayiş olunacaq.

Dram janrında ekranlaşdırılan “Nabat” bədii filminin ssenari müəllifləri Elxan Nəbiyev, quruluşçu operatoru Əbdülrəhim Beşarat, quruluşçu rəssamı Şahin Həsənli, bəstəkarı Hamed Sabet, icraçı prodüseri Arif Səfərovdur.

“Axınla aşağı” bədii filminin isə ssenari müəllifləri Asif Rüstəmov və Otar Pertaxia, quruluşçu operatoru Ayxan Salar, quruluşçu rəssamı Rafiz İsmayılov, bəstəkarı Xəyyam Mirzəzadə, icraçı prodüseri Nadir Əliyev, prodüseri Müşfiq Hətəmovdur.

XS
SM
MD
LG