Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 05:19

«Elm haqqında» Qanun qəbul olundu


Milli Elmlər Akademiyası
Milli Elmlər Akademiyası

-
Milli Məclisin bu gün növbədənkənar iclasında «Elm haqqında» qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

APA-nın xəbərinə görə, Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli layihənin 7 fəsil, 40 maddədən ibarət olduğunu deyib. O qeyd edib ki, bu qanun layihəsi Azərbaycan elmi qarşısında qoyulan vəzifələri, müasir çağırışları yerinə yetirməyə imkan verir:

«Elmdə azərbaycançılıq ideologiyasının təbliği sahəsində müddəanın çıxarılması barədə təklifi məqbul saydıq. Amma azərbaycançılığın elmin prioritet istiqaməti kimi saxlanılmasında israrlıyıq. Azərbaycançılıq alimin vətəndaş kimi fəaliyyətində prioritet istiqamətdir. Heç bir sahə prinsipsiz yaşaya bilməz. Azərbaycançılıq etnik mənsubiyyətindən asılı olmayaraq, ölkəmizdə yaşayan bütün insanları, xalqları özündə birləşdirir».

Layihəyə sahibkarlıq, elmi innovasiya haqqında maddələr salınıb və ilk dəfə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) üzvlüyü elmi rütbə hesab edilib.

Layihə səsverməyə çıxarılıb və qəbul edilib.

«Elm haqqında» qanun layihəsi Milli Məclisdə «uzunömürlü» layihələrdən biri sayılırdı. 2012-ci ildən bu qanun layihəsi hər il müzakirəyə çıxarılsa da, təkmilləşdirilməsi, üzərində işlənməsi səbəbləri ilə geri qaytarılırdı.

XS
SM
MD
LG