Keçid linkləri

Təcili xəbərlər
2021, 24 İyun, Cümə axşamı, Bakı vaxtı 12:59

DiCapriodan Mövlanə olarmı?


Tənqidçilər DiCaprionu Mövlanə rolunda görmürlər

-

Hollywood ssenaristi və prodüsseri David Franzoni keçən həftə İstanbula səfərindən sonra mətbuat onun iran şairi Mövlanə Cəlaləddin Rumin haqqında bioqrafik film çəkmək bəyanatı ilə qarışdı. Franzoni hətta Mövlanə rolu üçün Oskar mükafatlı aktyor Leonardo DiCaprionu və Ruminin gerçək həyatda ən yaxın dostu Şəms Təbrizlinin roluna Robert Downeyi Jr. -i çəkməyi düşündüyünü bildirib.

“Amistad” (1997) və “Gladiator” (2000) filmləri ilə tanınan Franzoni “Guardian” qəzetinə deyib ki, o keçən həftə mövlanəşünas alimlərlə danışmaq üçün İstanbula və qəhrəmanı Ruminin qəbrinin olduğu Konyaya gedib.

“O Şekspirə bənzəyir, onun nəhəng istedadı və öz yaşadığı cəmiyyətdə böyük nüfuzu olub, bu günün özündə də onun şərq cəmiyyətinə təsiri açıq sezilir. Şərq insanı üçün o həmişə dəyər daşıyıcısıdır”.

Digər tərəfdən qərb kinosunda müsəlman surətləri necə gəldi təsvir etmək ənənəsinə qarşı Twitterdə #Rumiwasntwhite (#Rumiağdərilideyildi) haştaqı yaradılıb. Haştaqı yaradanlar Ruminin ağbəniz DiCaprio tərəfindən deyil, qarayağız bir aktyor tərəfindən canlandırılması gərəkdiyini deyirlər.

XS
SM
MD
LG