Keçid linkləri

Təcili xəbərlər
2023, 08 Dekabr, Cümə, Bakı vaxtı 05:57

V.Putin rolunu L.Di Caprio oynamaq istəyir


-

Aktyor Leonardo DiCaprio "Putin" adlı filmdə Rusiya prezidenti V.Putini oynayacağını açıqlayıb. Bu haqda "Dojd" telekanalı ABŞ-ın "Knightsbridge Entertainment" film şirkətinin nümayəndəsi V.Saaryana istinadən xəbər yayıb.

"Putin"in çəkilişləri baharda başlanacaq, bir il sonra ağ pərdəyə çıxacaq. Filmin kadrları Rusiyada, ABŞ-da və Avropada çəkiləcək.

Rusiya prezidentini DiCaprio'nun oynayacağı hələlik dəqiq deyil. Bu rol üçün dörd aktyor nəzərdən keçirilir, DiCaprio onlardan biridir.

Filmin ssenarisi 2015-ci ildə yazılıb. Filmin rejissoru bilinməsə də, prodüseri Mark Damon'dur.

"Dojd"-un xəbərində deyilir ki, V.Putin bu filmdən xəbərdardır.

Ötən ay Almaniyanın "Welt am Sonntag" qəzetinə müsahibəsində DiCaprio demişdi ki, V.Putin, həmçinin V.İ.Lenin rolunu ifa etmək istəyir.

XS
SM
MD
LG