Keçid linkləri

Təcili xəbərlər
2021, 10 May, Bazar ertəsi, Bakı vaxtı 08:33

Depardieu Stalin-i oynayacaq


Gerard Depardieu

-

Fransa aktyoru Gerard Depardieu yeni çəkilən filmdə sovet diktatoru Joseph Stalin obrazını canlandıracaq.

Aktyorun mətbuat katibi dekabrın 29-da bildirib ki, Depardieu "Le Divan de Staline" (Stalinin divanı) adlı filmdə baş rolda çəkiləcək. Film Fransa yazıçısı Jean-Daniel Baltassat-ın eyniadlı romanı əsasında çəkiləcək.

Roman 1950-ci illər Sovet İttifaqında bir gənc rəssamdan bəhs edir. O, Stalinin heykəlini düzəltmək istəyir, ancaq KQB-nin ciddi yoxlamasına məruz qalır.

67 yaşlı Depardieu 2013-cü ildə Rusiya vətəndaşlığı alıb.

XS
SM
MD
LG