Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:53

Penitensiar Xidmətin yeni rəisi təqdim olunub


Ədliyyə Nazirliyi
Ədliyyə Nazirliyi

-

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin yeni təyin olunmuş rəisi Ceyhun Həsənov kollektivə təqdim olunub.

APA-nın xəbərinə görə, yeni rəisi ədliyyə naziri Fikrət Məmmədov təqdim edib.

C.Həsənov prezident İlham Əliyevin iyunun 10-da imzaladığı sərəncamla ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi təyin olunub.

C.Həsənov bundan öncə Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin rəisi olmuşdu.

C.Həsənovun adı Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin işində də keçirdi. Sabiq rektor onu oğurlandığı güman edilən qardaşı Mahir Abdullayevlə bağlı ittiham etmiş, general isə E.Abdullayevi yalanlamışdı.

Penitensiar Xidmətin rəisi postu Mədət Quliyev 2015-ci ilin oktyabrında milli təhlükəsizlik nazirinin birinci müavini təyin edildikdən bu yana boş idi. Ötən ilin dekabrında Milli Təhlükəsizlik Nazirliyi ləğv ediləndən və onun bazası əsasında Dövlət Təhlükəsizliyi Xidməti yaradıldıqdan sonra M.Quliyev həmin quruma rəis təyin edilmişdi.

XS
SM
MD
LG