Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 06:05

Fransa-Rumıniya-2:1


Foto arxiv
Foto arxiv

Fransa millisi hesabda irəli çıxdı.

Dimitri Payet
Dimitri Payet

Dimitri Payet 89-cu dəqiqədə topu torun uzaq küncünə yönəltdi, 91-ci dəqiqədə isə əvəz edildi.

B.Stancu 65-ci dəqiqədə 11 metrəlik zərbəni dəqiq yerinə yetirdi.

B.Stancu
B.Stancu

Rumınya millisi penalti zərbəsi qazandı.

Fransa millisi hesabı açdı.

Olivier Giroud
Olivier Giroud

9 nömrəli oyuncu Olivier Giroud 57-ci dəqiqədə komandasını irəli çıxardı. Bu "Avro-2016" nın ilk qoludur.

Rumınya millisi ikinci hissəyə də hücumla başladı. Hesabı aça da bilərdilər.

Fransa-Rumınya
Fransa-Rumınya

--

Rumınya millisinin 3 nömrəli oyunçusu Rat 45-ci dəqiqədə sarı vərəqə aldı.

-

Fransa-Rumınya "Avro- 2016"
Fransa-Rumınya "Avro- 2016"

Fransa millisinin hücumçusu Antoan Griezmann 35-ci dəqiqədə hesabı açmağa çox yaxın idi. Statiskaya görə top 59 faiz Fransa millisinin, 41 faiz isə Rumınyanın nəzarətindədir. Fransa qapıya 5, Rumınya isə 2 dəfər zərbə endirib.

"Avro-2016"da ilk sarı vərəqə. Sarı vərəqəni 32-ci dəqiqədə Rumınya yığmasının kapitanı V.Chiricheş aldı.

-

Rumınyanı qapı dirəyi qoldan xilas elədi.Oyunun 17-ci dəqiqəsi gedir.

Hazirda tərəflər demək olar ki, bərabərdir.

Oyun başladi. Rumınya yığmasi 4-cü dəqiqələrdə hesabi az qala açmışdı və hələlik daha fəaldır.

Foto arxiv
Foto arxiv

-

Hazirda oyunun acılışı gedir. Komandalar meydana çıxıb, dövlət himnləri çalınır.

-

İyunun 10-da Fransada futbol üzrə Avropa çempionatının ilk oyunu keçirilir.

Ev sahibi olan Fransa millisi Rumıniya ilə qarşılaşır.

​Qeyd edək ki, Avropa çempionatları tarixində ilk dəfə olaraq "Avro-2016"-da bu il 24 komanda mübarizə aparır.

fransalı azarkeşlər
fransalı azarkeşlər

Matçı Viktor Kaşşainin başçılıq elədiyi macarıstanlı hakimlər briqadası idarə edir.

Rumınyalı azarkeşlər
Rumınyalı azarkeşlər

Qeyd edək ki, Avropa çempionatları tarixində ilk dəfə olaraq "Avro-2016"-da bu il 24 komanda mübarizə aparır.

6 qrupun qalibləri, ikincilər və 4 qrupun ən yaxşı üçüncüləri 1/8 finala çıxa biləcəklər.

10 iyun

Avropa çempionatının final mərhələsi

A qrupu

23:00. Fransa - Rumıniya

Fransa: Hugo Lloris (k), Patris Evra, Adil Rami, N'Qolo Kante, Antuan

Grizmann, Dimitri Payet, Oliver Giroud , Blez Matyuidi, Pol Poqba, Bakari Sanya, Loren Koselni

Rumıniya: Çiprian Tatarușanu, Razvan Rat, Ovidiu Hoban, Vlad Çirişeş (k), Mihai Pintilii, Nikolae Stanku, Florin Andone, Boqdan Stanku, Adrian Popa, Dragoş Grigore, Kristian Sapunaru

Hakimlər: Viktor Kaşşai, Dyord Rinq, Ventsel Tot, Byorn Kuypers (hamısı Macarıstan)

Əlavə köməkçi-hakimlər: Tamaş Boqnar, Adam Farkaş (hamısı Macarıstan)

Sen-Deni. "Stad de France"

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG