Keçid linkləri

2017, 26 Fevral, bazar, Bakı vaxtı 23:08

-

Məşhur kanadalı yazar Margaret Atwoodun “Damazlıq Qızın Hekayəti” (The Handmaids Tale) romanı Azərbaycan dilində, Alatoran Yayınlarında çap olunub.

M. Atwoodun Booker mükafatına layiq görülmüş "Kor Qatil" (The Blind Assassin) adlı romanı 2015-ci ildə Alatoran Yayınlarında işıq üzü görmüşdü.
"Damazlıq Qızın Hekayəsi" distopiya üslubunda yazılmış romandır, yazıçı bu əsərində totalitar cəmiyyətin qorxunc mənzərəsini yaradıb. Əsərin qəhrəmanı Offred Gilead adlı diktatura respublikasında yaşayır. Offred öz komandirinin evini gün ərzində yalnız bir dəfə tərk edə bilər, bütün başqa vətəndaşlar kimi onun da azadlığı əlindən alınıb, hər şey ölkə başçısının mərhəmətindən asılıdır. Lakin ölkə böhran həddindədir, onun əraziləri və atmosferi radioaktiv maddələrlə zəhərlənib və nəticədə sonsuzluq kütləvi hal alıb, uşaqlar doğulmur. "Unwomen" adlandırılan qısır qadınlar radiaktiv tullantıları təmizləmək məqsədilə xüsusi koloniyalara göndərilirlər. Tükürpədici qorxunc səhnələri və bəzən incə yumoru ilə "Damazlıq Qızın Hekayəsi" mənəvi qatlarla zəngin olan bir əsərdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG