Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:42

Ermənistana gedən qadın Azərbaycana verilib


Qırmızı Xaç
Qırmızı Xaç

-

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası da azərbaycanlı qadının qaytarılması ilə bağlı məlumat yayıb.

Komissiyadan APA-ya verilən xəbərə görə, sağlamlıq durumu nəzərə alınaraq, azad edildikdən sonra Qətibə Ələkbərova dispanser qeydiyyatında olduğu Qazax rayonlararası ruhi xəstəxanasına təhvil verilib.

+++

Bu il iyunun 7-də Ermənistana keçən mülki Azərbaycan vətəndaşı bu gün Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) himayəsi altında geri qaytarılıb.

Xəbəri Beynəlxalq Qızıl Xaç Komitəsinin Bakı nümayəndəliyi yayıb.

Nümayəndəlik bildirir ki, həmin şəxs Qazax şəhəri ilə Ermənistanın İcevan şəhəri arasında yerləşən yolda Azərbaycan rəsmilərinə təhvil verilib.

BQXK nümayəndələrinin bundan əvvəl saxlandığı şəraitlə tanış olmaqdan ötrü həmin şəxsə baş çəkdikləri qeyd edilir.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla iş üzrə Dövlət Komissiyası bir gün əvvəl Ermənistan tərəfinə keçən şəxsin adını açıqlamışdı.

Həmin şəxsin Gədəbəy rayonu, Arabaçı kənd sakini 39 yaşlı Qətibə Ələkbərova olduğu bildirilirdi. Komissiyadan verilən məlumata görə, araşdırma zamanı Q.Ələkbərovanın Qazax rayonlararası ruhi xəstəxanasında qeydiyyatda olduğu müəyyən edilib.

XS
SM
MD
LG