Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 11:09

Xəzərin statusuna aid daha bir iclas


Xəzər
Xəzər

-

Moskvada Xəzərin hüquqi statusu haqqında Konvensiyanın hazırlanması ilə bağlı xüsusi işçi qrupun 45-ci iclası keçirilib.

APA-nın xəbərinə görə, iyunun 8-dən 10-a kimi keçirilən iclasda xarici işlər nazirlərinin müavinləri iştirak edib.

Görüşdə Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil edib.

Bu iclas Xəzəryanı ölkələrin Xarici İşlər Nazirləri Şurasının Qazaxıstanda keçiriləcək yığıncağına bir növ hazırlıq kimi dəyərləndirilir.

Nümayəndə heyətləri danışıqların yekunlarını müsbət qiymətləndiriblər.

Xəzərin statusu üzrə xüsusi işçi qrup formatında danışıqlar 15 ildən çoxdur gedir. Azərbaycan, Qazaxıstan və Rusiya Xəzərin dibinin bölünməsinə dair razılığa əsasən gəliblər. İran və Türkmənistan dibin delimitasiyası metodologiyası ilə razı deyil. Tehran dənizin dibinin beş bərabər hissəyə bölünməsində təkid edir.

XS
SM
MD
LG