Keçid linkləri

Təcili xəbərlər
2021, 17 May, Bazar ertəsi, Bakı vaxtı 13:54

Sığorta şirkətləri haqda qərar verildi


Rüfət Aslanlı

-

“Buta Sığorta”nın portfeli “Günay Sığorta”ya ötürülüb. Bu barədə qərar Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının 9 iyunda keçirilən iclasında qəbul edilib.

Palatadan verilən məlumata görə, “Buta Sığorta”nın sığorta portfelinin “Günay Sığorta”ya ötürülməsi barədə şirkətlər arasında razılaşma imzalanıb. Bunun təsdiq edilməsindən ötrü palataya müraciət olunub.

“Günay Sığorta” ASC-nin məcmu kapitalının, ödəmə qabiliyyətinin, ehtiyatlarının və sığorta qaydalarının qanunvericiliyin tələblərinə uyğun olduğu bildirilib”,- deyə məlumatda bildirilir.

Bundan başqa iclasda palatanın xidmətlərinin tarifləri də müəyyən edilib. Palatanın Direktorlar Şurasının sədri Rüfət Aslanlı bildirib ki, qurumun tarif siyasəti beynəlxalq təcrübə və mövcud vəziyyət nəzərə alınmaqla ədalətli , şəffaf prinsiplər əsasında müəyyən edilib.

Daha sonra bankların sistem əhəmiyyətliliyinin müəyyən edilməsi metodologiyası təsdiq edilib.

Maliyyə Bazarlarına Nəzarət Palatası bu iliin fevralında yaradılıb. Mərkəzi Bankın banklara nəzarət və bir sıra funksiyaları bu quruma verilib.

XS
SM
MD
LG