Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:47

Azərbaycan da Dolma Festivalı keçirir


►300-cən dolma növü...

İyulun 1-də Abşeron rayonu ərazisində Beynəlxalq Dolma Festivalı keçiriləcək.

*Youtube Kanalımıza 73 min abunə var. Hər gün yeni video izləyirlər. Sən də abunə ol

Bu haqda AzadlıqRadiosuna Azərbaycan Milli Kulinariya Mərkəzinin prezidenti Tahir Əmiraslanov məlumat verib. Onun sözlərinə görə, festivalda 300-ə yaxın dolma növü sərgilənəcək.

Tədbirin təşkilatçısı Mədəniyyət, Turizm Nazirliyi, Abşeron rayon icra hakimiyyəti və Azərbaycan Milli Kulinariya Mərkəzidir.

Hazırda festivala hazırlıq gedir. Tədbirə türkdilli ölkələrlə yanaşı, başqa ölkələr də qatılacaq.

Milli Kulinariya Mərkəzinin məlumatına görə, dolma Azərbaycanda ən çox yayılmış milli xörəklərdəndir və bu ölkədə dolmanın 50-yə yaxın növü bişirilir.

Mayda Ermənistanda da dolma festivalı keçirilmiş, 23 metrlik dolma nümayiş olunmuşdu.

Mayın əvvəlində Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəz Qarayev bildirib ki, türk dünyasına məxsus olan dolmanın bişirilmə ənənələrinin UNESCO-nun siyahısına daxil edilməsi üçün fayllar hazırlanır.

Ermənistan Azərbaycanın bu istəyini tənqid edib. Ermənistanın mədəniyyət naziri Hasmik Pogosyan deyib ki, Azərbaycan UNESCO-nu “siyasi döyüş meydanına” çevirmək istəyir.

Buna da bax: Ermənistanda dolma festivalı

DİNLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunda (8 iyun)

Ramazanın başlanğıcı ətrafında yenə mübahisə düşdü. Hətta birliyə çağırmağın özü mübahisə yaratdı
Günün əsas hadisələri Azadlıq Radiosunda (8 iyun)
Gözlə

No media source currently available

0:00 0:30:00 0:00
Direct-ə keçid

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında (8 iyun)

İlham Əliyevə belə etiraz edən olmamışdı - Bəs polis hara baxır?
XS
SM
MD
LG