Keçid linkləri

2017, 29 Aprel, şənbə, Bakı vaxtı 00:12

-

Yüksək dağlıq ərazilərdəki mövqelərdə yerləşən şəxsi heyət qablaşdırılmış qida məhsulları, o cümlədən gündəlik olaraq küftə, üç növ dolma və digər milli xörəklərlə, əşya-əmlak, yanacaq və istiliklə tam təmin olunur.

Bu haqda cəbhəboyu zonadakı hərbi hissələrdə olan müdafiə naziri Zakir Həsənova məlumat verilib.

Müdafiə naziri səngərlərdə döyüş növbəsi çəkən şəxsi heyətlə görüşüb. Onların döyüş hazırlığı və sosial-məişət şəraiti ilə maraqlanıb.

Xəbəri Müdafiə Nazirliyi yayıb.

Müdafiə naziri xidmətdə fərqlənən bir qrup hərbi qulluqçunu mükafatlandırıb, onlara qiymətli hədiyyələr verib.

Zakir Həsənov müasir avadanlıqlarla təmin edilən Ön İdarəetmə Mərkəzində də olub. Birlik və birləşmələrin qərargahları ilə bölmələr arasında qarşılıqlı operativ əlaqə, döyüş və ya əməliyyatların idarə olunması imkanlarını yoxlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG