Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:13

Bakı zooparkında kenquru balası doğulub


Bakı zooparkı
Bakı zooparkı

►Bakı Heyvanat Parkının direktoru yeniliklərdən danışır

Mədəniyyət və Turizm Nazirliyindən AzadlıqRadiosuna verilən xəbərə görə, parkın direktoru Azər Hüseynov burada heyvanların yaşaması və artımı üçün hər cür şərait olduğunu bildirib.

Azər Hüseynovun sözlərinə görə, heyvanat parkı nadir və nəsli kəsilməkdə olan heyvan növlərinin canlı genofondunu yaratmaq, onları saxlamaq və artırmaq kimi vacib vəzifəni yerinə yetirir.

Burada Azərbaycanın faunasına aid heyvanlarla yanaşı, dünyanın müxtəlif iqlim qurşaqlarına xas heyvanların genofondu da toplanıb.

Heyvanat parkında nəsli kəsilməkdə olan, adı “Qırmızı kitab”a düşmüş müxtəlif növ heyvanlar bəslənilir.

Parkda150 növdən çox, irili-xırdalı 1200-ə yaxın, yırtıcı heyvanlardan tutmuş balıqlaradək canlılar yaşayır.

A.Hüseynov deyir ki, parkda olan bir cüt Qafqaz incə maralının da sayı artmaqdadır:

“Bu cins marallar 8 il öncə parkımıza gətirilib. Marallar bu ilin mayında daha iki bala veriblər. Bununla da onların sayı 9-a çatıb. Bundan başqa, parkımıza 1999-cu ildə İrandan gətirilmiş şir, eləcə də, dəvə və kenqurular da bala verib. Ana kenqurulardan biri qəfildən öldü və biz onun balasını əlimizdə böyütdük. İnsan qayğısı ilə böyüyən bu heyvan tam əhilləşib. Onu da deyim ki, sayı artan bəzi heyvanların, xüsusilə də Qafqaz incə maralının təbiətə buraxılması haqqında düşünürük”.

Gələn il Bakı Heyvanat Parkının 75 ili tamam olur:

“Bizə dəstək göstərilərsə bu yubiley tədbirini beynəlxalq konfransla qeyd etmək istəyirik. Belə bir tədbirin keçirilməsi ölkədə heyvanat aləminin qorunmasına, heyvan növlərinin artırılmasına, eyni zamanda təcrübə mübadiləsinin aparılmasına öz töhfəsini verə bilər”.

Bakı Heyvanat Parkı 2 yanvar 1942-ci ildə yaradılıb.

Bakıda ilk zoopark 1928-ci ildə keçmiş Lunaçarski adına bağda (indiki Nizami parkı) kiçik guşə şəklində təşkil edilib. Sonralar zoopark müxtəlif ərazilərə köçürülüb və nəhayət, indiki məkana gəlib çıxıb.

Hazırda 4 hektardan çox ərazini əhatə edən Bakı Heyvanat Parkı 1995-ci ildən Avrasiya Regional Zooparklar Assosiasiyasının üzvüdür.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG