Keçid linkləri

Təcili xəbərlər
2021, 24 İyun, Cümə axşamı, Bakı vaxtı 17:38

Terrorda azərbaycanlının yaralandığı deyilir


İstanbulda partlayış,ölənlər var
Gözlə

No media source currently available

0:00 0:01:25 0:00

İstanbulda partlayış,ölənlər var

-

İyunun 7-də səhər İstanbulda baş vermiş terror nəticəsində bir nəfər Azərbaycan vətəndaşının yaralandığı bildirilir. Bu barədə Türkiyə mediası məlumat yayıb. Onun, Haseki xəstəxanasına yerləşdirildiyi qeyd edilir.

Öz növbəsində Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hikmət Hacıyev Turan-a bildirib ki, bu məlumat araşdırılır.

Bu gün səhər İstanbulun Veznecilər məhəlləsində iki partlayış baş verib.

Şəhər merinin məlumatına görə, terror aktı nəticəsində 11 nəfər, o cümlədən 7 polis əməkdaşı həlak olub. 36 nəfər yaralanıb. Onlardan 3-ün vəziyyəti ağırdır.

XS
SM
MD
LG