Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:57

XİN-dən bəyanat


Partlayışda 11 nəfər ölüb
Gözlə

No media source currently available

0:00 0:03:10 0:00

Partlayışda 11 nəfər ölüb

-

Azərbaycan Xarici İşlər Nazirliyi İstanbulda baş verən terroru pisləyib.

Mətbuat xidmətinin yaydığı açıqlamada deyilir ki, Azərbaycan İstanbul şəhərində törədilmiş qanlı terror aktını qəti şəkildə qınayır.

«Bu terror aktı nəticəsində həyatını itirənlərin ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə şəfa tapmasını diləyirik»,- bəyanatda deyilir.

Açıqlamada həmçinin qeyd edilir ki, Azərbaycan terrorizmdən əziyyət çəkən dövlətdir: «Terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir və onunla mübarizədə beynəlxalq birliyin səylərini dəstəkləyirik».

Açıqlamanın sonunda da bildirilir ki, bu partlayış nəticəsində yaralanan və ya ölənlər arasında Azərbaycan vətəndaşının olub-olmaması araşdırılır.

Bu gün – iyunun 7-də İstanbul Universiteti yaxınlığından polis avtobusu keçərkən uzaqdan idarə olunan qurğu partladılıb. 11 nəfərin öldüyü, 36 nəfərin yaralandığı bildirilir.

İstanbul valisi Vasip Şahin deyib ki, ölənlərdən 7 nəfəri polis əməkdaşlarıdır.

Partlayışdan sonra ərazidə atışma səsləri eşidilib.

XS
SM
MD
LG