Keçid linkləri

2026, 21 May, cümə axşamı, Bakı vaxtı 15:46

Aktobedə ölənlərin sayı 19-a çatıb

Aktobedə silahlılar.
Aktobedə silahlılar.

-

Qazaxıstan rəsmiləri ötən həftəsonu Aktobe şəhərində bir neçə hücumda ölənlərin sayının 19-a çatdığını bildirir. Silah mağazaları, polis, Milli Qvardiya obyektinə hücumların koordinasiya olunduğu görünürdü.

Polis sözçüsü Almas Sadubayev iyunun 7-də deyib ki, ölənlərdən 13-ü şübhəli hücumçular, üçü dinc sakin, üçü hərbçilərdir.

Daha öncə 2 hücumçunun öldürüldüyü bildirilirdi. Onlarla adam xəsarət alıb.

Dörd şübhəli yaralanıb, səkkizi saxlanıb, yeddisi axtarılır.

Sadubayev deyib ki, indi Aktobedə durum sabitdir, obyektlər, ictimai nəqliyyat qaydasında işləyir.

Ancaq o, təhlükəsizlik qüvvələrinin yüksək hazırlıq vəziyyətində olduğunu sözlərinə əlavə edib.

Rəsmilər hücumlara görə islamçı yaraqlıların şübhəli bilindiyini deyib. Ancaq hücumların motivi barədə açıqlama verilməyib.

This item is part of
XS
SM
MD
LG