Keçid linkləri

2017, 21 İyul, Cümə, Bakı vaxtı 18:46

-

Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri Türkiyədə hərbi təlimlərə qatılıb. Çoxmillətli birgə xüsusi təyinatlı qüvvələrin təlimi iyun ayının 6-dan 12-dək davam edəcək.

Bu haqda Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər verir.

Təlimlərdə Türkiyə ilə Azərbaycandan başqa Bolqarıstan və Gürcüstan hərbçilərinin də iştirak etdiyi bildirilir.

Bundan əvvəl Azərbaycan hərbçiləri Qars şəhərində Türkiyə silahlı qüvvələri ilə birgə təlimlər keçirmişdilər. Həmin təlim iki ölkə arasında bağlanmış hərbi əməkdaşlıq sazişinə əsasən təşkil olunmuşdu.

Günün bütün mövzuları

XS
SM
MD
LG