-
Azərbaycanda Cəzaçəkmə Müəssisəsində ölüm baş verib.
APA-nın xəbərinə görə, hadisə Penitensiar Xidmətin Şəkidə yerləşən Cəzaçəkmə Müəssisəsində qeydə alınıb.
Müəssisədə cəza çəkən, Balakən rayon sakini, 51 yaşlı Bahəddin İsmayılov vəfat edib.
Ölümün səbəbləri araşdırılır.
B.İsmayılov 2012-ci ildə narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək tutulub.
Mərhumun yaxınlarının, hələlik, hadisə ilə bağlı şikayətçi olub-olmadığı bəlli deyil.