Keçid linkləri

Təcili xəbərlər
2021, 10 May, Bazar ertəsi, Bakı vaxtı 01:06

Pakistan sərhədə qadağalar qoyur


Pakistanla Əfqanıstan sərhədi

-

Pakistan Əfqanıstanla əsas sərhəd keçid məntəqəsində yeni sərt qadağalar qoyub. Beləliklə, iyunun 2-də yüzlərlə insan sərhəddə ilişib qalıb.

İndi əfqanların Xiber keçidi yaxınlığında Pakistana daxil olmağa qüvvədə olan viza və pasport lazımdır. Ancaq adamların çoxu bu dəyişikliklərdən xəbərsizdir.

Hər gün bu keçiddən 10-15 min nəfər keçir. Pakistan deyir ki, yeni qaydaların məqsədi yaraqlıların Pakistana keçməsini, onların hücumlar həyata keçirməsini önləməkdir. Yeni qaydaların tezliklə Əfqanıstanla digər keçid məntəqələrinə də tətbiq olunacağı bildirilir.

2014-cü ildə hərbi məktəbdə 150-dən artıq insan həlak olandan sonra İslamabad sərhədə nəzarəti gücləndirməyi planlaşdırır.

XS
SM
MD
LG