FİFA milli komandaların növbəti reytinq siyahısını açıqlanıb.
Qurumun rəsmi saytında gedən məlumata görə, Azərbaycan millisi 209 komanda arasında ötən ayla müqayisədə 5 pillə geriləyib.
Avstriyada keçirilən təlim-məşq toplanışında milli Andorrayla heç-heçə oynadığına, Makedoniyaya isə uduzmasına görə, 252 xalla 138-ci yerdə qərarlaşıb.
2018-ci il Dünya Çempionatının seçmə mərhələsində Azərbaycanın rəqibləri olan Almaniya 4-cü, Şimali İrlandiya 25-ci, Çexiya 30-cu, Norveç 51-ci, San-Marino isə 200-cü yerdə gəlir.
Qeyd edək ki, siyahıya 1503 xalla Argentina millisi başçılıq edir.