Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:55

Əli Şirin Şükürlü. Əzab və həqiqət


Əli Şirin Şükürlü
Əli Şirin Şükürlü

-

Əli Şirin Şükürlü

Əzab və həqiqət – dolu piyaləsən, boşal!

Yuxusuz gecələrin əzabı olur doğrusu,

amma bəzi həqiqətləri də anlayıram belə gecələrdə.

Demə, həqiqət əzablar arasından boylanarmış daima.

Əzab və həqiqət axtarışının doğurduğu sentimental hislərdən

söz açmaq fikrim yoxdu – bunu klassiklərimiz çox gözəl bacarıb

vaxtında; indi klassika əsiri müasirlərimiz də

öhdəsindən gəlirlər qismən olsa da.

Anlayıram ki, həqiqət və ədalət hissi

məsələyə münasibətindən asılıdır hər kəsin,

yəni sırf subyektiv.

Düşünürəm bəzən

çox vaxt layiq olduğumu verməyiblər mənə. Amma...

adamın layiq olduğu və layiq olmadığı bir şey yox bu həyatda.

Ala bildiyi və ala bilmədikləri var; yanaşı iki çoxluq – təxminən

8 rəqəminə bənzəyən. Cəmi bir addım! – dərhal o birindəsən.

Qədim filosofların əzabdan qurtulmağa aid bir resepti var:

Dolu piyaləsən, boşal! Qurtul istəklərdən və yenidən dol –

təmənnasız seyr et dünyanı, seyr et təmiz idrakla.

Dəniz sahilində balıq tutulan məkana yaxınlaşıb, əvvəlcə

xırda balıqlara baxdım, sonra balıq tutan adamların üzünə.

Balıqlar ölü idi artıq, tilovuna xırda balıqlar düşən adamlar əsəbi.

Sahil boyu davam etdim yoluma

boşalıb, bomboş olub - ağ vərəq misalı

və yenidən dolmaq arzusu ilə. Xəyalımda

hansısa ağappaq bir Məkandan qovurdular məni təkidlə:

Get, get öz Məkanına, sən

istəklərçün doğulan məxluqlardansan!

Əsəbi üzləri,

Məkanından ayrı düşən xırda balıqları

xatırladım bir anlıq;

gedirik də onsuz da,

elə gələndən gedirik də daima.

Davam etdim yoluma

boşala, boşala...azala, azala -

azala, azala misqal-misqal anbaan.

Boşalan yerləri yeni istəklər tutur,

ağ vərəqə yeni-yeni arzular yazılırdı tədricən.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG