Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:05

Səudiyyə İranı ittiham edir


Adel al-Jubeir
Adel al-Jubeir

-

Səudiyyə Ərəbistanı çoxdankı rəqibi İranı İraqın işlərinə qarışmaqda ittiham edib, bu ölkədə İran hərbi birləşmələrinin mövcudluğunu «qəbuledilməz» adlandırıb.

«İraqda pozuculuq və bölücülük İranın İraqdakı siyasətindən yaranmış məzhəbçiliyin nəticəsidir», - Səudiyyənin xarici işlər naziri Adel al-Jubeir britaniyalı həmkarı Philip Hammond-la Ciddədə birgə mətbuat konfransında deyib.

«İran İraqda sabitlik istəyirsə, müdaxiləni dayandırıb geri çəkilməlidir», - deyən nazir Tehranı müharibə gedən ölkəyə şiə döyüşçülər göndərməkdə ittiham edib.

Bu arada İranın dəstəklədiyi minlərlə şiə döyüşçü İraqın sünni şəhərinin «İslam Dövləti» qruplaşmasından alınması əməliyyatına qoşulub.

İran Bağdadın xahişi ilə bu ölkəyə hərbi müşavirlər göndərdiyini bildirir, ittihamları qəbul etmir, əksinə, Səudiyyəni ekstremizmi dəstəkləməkdə suçlayır.

XS
SM
MD
LG