Bu günki AzadlıqLive-da:
Almaniya Bundestaqının erməni "soyqırımı" qərarı və buna Azərbaycanda, Türkiyədə reaksiyalar
"Heykəl məhbusları"nı valideynlərilə görüşməyə niyə qoymurlar? Bəlkə qorxurlar işgəncə izlərini görələr?
Almaniyada daşqında daha 4 nəfər öldü
Bavariyada davam edən leysan yağışlar çayları məcrasından çıxarıb. Sel elə sürətlə gəlib ki, 4 qadın evdən çıxmağa macal tapa bilməyiblər. Hazırda bərpa işləri gedir.
Samvel Babayan Yerevana Azərbaycan hücumu ilə qorxudur
Dağlıq Qarabağ ermənilərinin keşmiş müdafiə naziri Samvel Babayan Ermənistan hökumətinii sərt tənqid edib. O deyib ki, apreldəki dörd günlük müharibə zamanı Azərbaycan tərəfinin ələ keçirdiyi torpaqlar strateji əhəmiyyətə malikdir. O həmçinin deyir ki, "Biz Bakıda çay içəcəyik" deməklə olmur. Yaxşı, siz Bakıda çay içə bilərsiniz, ancaq mən qorxuram ki, onlar bundan daha tez Yerevana çatıb burada çay içsin. General forması geyinib kolxoz sədri kimi bəyanatlar vermək olmaz. Bizim əsgərimiz bu qədər raketə davam gətirə bilməz... Bir dəqiqədə ön xəttə 25 min mərmi düşərsə orada adam dayana bilər? Necə yəni bizdə ruh yüksəkliyi var? Nədir, əsgər raketi əli ilə tutacaq? "
Erdoğan :"Cavab addlmları atılacaq"
Almaniyanın “erməni soyqırım”ı qətnaməsini qəbul etməsinə Türkiyə prezidenti R.T. Erdoğan da reaksiya verib.
Erdoğan deyib: "Baş nazirlə danışdıq. İlk addımımız səfiri danışıqlar üçün Türkiyəyə çağırmaq oldu. Almaniya parlamentinin qəbul etdiyi bu qərar əslində Almaniya-Türkiyə əlaqələrinə ciddi təsir edəcək. Lazımi addımlar atılacaq”.