Gənc fəallara valideynləri ilə niyə görüş verilmir?
Vəkil deyir ki, bu, həm işgəncə izlərinin itməsi ilə bağlı ola bilər, həm də bir təzyiq vasitəsidir
Gənc fəallar Bayram Məmmədovla Qiyas İbrahimova hələ də valideynləri ilə görüşməyə icazə verilmir. Gənclərin vəkili Elçin Sadıov AzadlıqRadiosuna bildirib ki, Ədliyyə Nazirliyinə müraciətlər də cavabsız qalıb:
“Bizə deyirlər ki, görüş üçün istintaqdan məktub alınmalıdır. Bu tələb isə tamamilə qanunsuzdur. Qanunda belə şey yoxdur. Qanunvericilik bu hüququn təmin olunmasını Bakı İstintaq Təcridxanasına həvalə edib. Onu da deyim ki, istintaq hər iki şəxsin görüşünə heç bir məhdudiyyət qoymayıb. Hələ ki, yazılı bir cavab verməyiblər. Ancaq hər dəfə valideynlərə deyirlər ki, “gedin, müstəntiqdən razılıq məktubu alın. Biz də deyirik ki, “bu qanunsuzdur”. Biz istintaqla əlaqə saxlamışıq. İstintaq da deyir ki, “biz heç bir məhdudiyyət qoymamışıq. İstənilən qədər görüşə bilərlər””. Ətraflı axşam saat 8-də AzadlıqLive-da
Türkiyə Almaniyadakı səfirini geri çağırdı
Almaniya bundestaqının “erməni soyqırımı”nı tanıyan qətnaməni qəbul etməsindən sonra Türkiyə ilk addımı atıb.
Qərardan dərhal sonra Türkiyə Berlindəki səfiri Hüseyn Avni Karslıoğlunu geri çağırıb.
Avropa Məhkəməsi Leyla və Arif Yunuslara görə hökuməti cərimələdi
Avropa İnsan Hüquqları Məhkəməsinin iyunun 2-də açıqladığı qərara görə, hüquq müdafiəçiləri həbsdə olarkən onların qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmamaq (Avropa Konvensiyasının 3-cü maddəsi) hüquqları pozulub. Söhbət onlara lazımı tibbi yardımın edilməməsindən gedir.
Məhkəmə qərarına əsasən, Azərbaycan hökuməti mənəvi zərərə görə hüquq müdafiəçilərinin hər birinə 13 min, hüquqi məsrəflərə görə isə birlikdə 4000 avro ödəməlidir.
Bundestaq "erməni souyqrımı" layihəsinə səs verdi
Almaniya bundestaqı 1915-ci ildə Osmanlı İmperiyasında ermənilərin kütləvi qırğınını “soyqırım” kimi tanıyan sənədi qəbul edib.
Müzakirələrə çıxarılan sənəd "1915 və 1916-cı illərdə erməni və başqa xristian azlıqlarının soyqırımının xatırlanması və anımı” adlanır. Qətnamə böyük səs çoxluğu ilə qəbul edilib.
Sənəd layihəsinin müəllifləri hakim koalisiya və müxalif Yaşıllar partiyasıdır.