Keçid linkləri

Təcili xəbərlər
2020, 31 Oktyabr, şənbə, Bakı vaxtı 12:39

İran öhdəliyini yerinə yetirir


Yukiya Amano

Beynəlxalq Atom Elektrik Enerjisi Agentliyi İranın nüvə razılaşmasının şərtlərinə əməl etdiyini bəyan edib.

Mayın 27-də yayılan hesabatda bildirilir ki, İran uran ehtiyatını razılaşmada nəzərdə tutulan həddə saxlayır.

Hesabatda deyilir ki, İran əvvəlki rüblərdən fərqli olaraq müəyyən edilmiş həddə indi daha çox əməl edir.

Qeyd edək ki, İranla 6 aparıcı qərb ölkəsi arasındayekun nüvə sazişi ötən ilin iyulunda imzalanıb.

Razılaşmada İranın nüvə fəaliyyətini dayandırması və əvəzində ona qarşı sanksiyaların yüngülləşdirilməsi və ya ləğvi nəzərdə tutulurdu.

Artıq bu ildən İrana qarşı sanksiyalar qaldırılıb və ölkə neft ixracı da daxil olmaqla Qərblə iqtisadi əlaqələrini bərpa etməyə başlayıb.

XS
SM
MD
LG