Keçid linkləri

Təcili xəbərlər
2021, 03 Mart, çərşənbə, Bakı vaxtı 06:04

İsrailə hökumətlə bağlı suallar var


Avigdor Lieberman

-

Birləşmiş Ştatların İsrail hökumətində son dəyişiklərlə bağlı “əsaslandırılmış suallar”ı var. Müşahidəçilərin fikrincə, son dəyişikliklər nəticəsində ölkə tarixində ilk dəfə olaraq daha sağçı və millətçi hökumət formalaşacaq.

ABŞ Dövlət Departamentinin yaydığı bəyanatda deyilir ki, hökumətin bir sıra yeni nazirləri “iki dövlət” – İsrail və müstəqil Fələstin ideyasını dəstəkləmirlər. Bəyanatda vurğulanır ki, ABŞ İsrailin təhlükəsizliyinə sadiq qalır və yeni kabineti “əməlinə görə” dəyərləndirəcək.

İfrat sağçı “Evimiz İsraildir” partiyası hakim koalisiyanın üzvü olacaq, partiya lideri ultramillətçi Avigdor Lieberman isə müdafiə naziri təyin olunub.

Kabinetin rəhbəri Benjamin Netanyahu-dur. ABŞ Prezidenti Barack Obama onu dəfələrlə tənqid edib, siyasətinin fələstinlilərlə sülh danışıqlarını çətinləşdirdiyini deyib.

XS
SM
MD
LG