Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 11:25

17 yaşlı qızın özünü asdığı deyilir


Foto illüstrasiya
Foto illüstrasiya

-

Cəlilabad rayonunda intihar hadisəsinin baş verdiyi bildirilir.

«Report» xəbər verir ki, hadisə rayonun Moranlı kəndində qeydə alınıb.

Kənd sakini, 17 yaşlı Kifayət Hüseynovanın yaşadığı evin yanındakı yardımçı təsərrüfatda kəndirdən asılmış meyiti aşkarlanıb. Gəncin intihar etdiyi güman edilir. Hadisənin səbəbi ilə bağlı, hələlik, açıqlama verilmir.

Faktla bağlı araşdırma aparılır.

Son vaxtlar Azərbaycanda intihar hallarının artdığı bildirilir. Ancaq ölkədə intiharların səbəbini araşdıran ayrıca mərkəz fəaliyyət göstərmir.

XS
SM
MD
LG