-
Azərbaycan Xarici işlər naziri Elmar Məmmədyarov bugün Fransa Respublikasına yola düşüb.
Bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.
Məlumatda qeyd edilir ki, səfər çərçivəsində nazir Elmar Məmmədyarovun fransız həmkarı Jan-Mark Ayrolt və Avropa məsələləri üzrə dövlət naziri Harlem Desir ilə görüşləri nəzərdə tutulub.