Keçid linkləri

Təcili xəbərlər
2021, 25 Fevral, Cümə axşamı, Bakı vaxtı 01:04

Niderlandla biznes-forum keçirildi


►“Niderlandin Azərbaycana yatırdığı investisiyalar 900 milyon dollardan çoxdur“.

Bunu mayın 17-də Bakıda keçirilən Azərbaycan-Niderland biznes-forumunun açılışında iqtisadiyyat nazirinin müavini Sahil Babayev deyib.

Nazir müavini bildirib ki, investisiyanın 340 milyon dolları son 3 ildə qoyulub.

“Holland investorlar Azərbaycana sərmayə qoymaqda dördüncü yeri tutur. Niderland şirkətləri son illər Azərbaycanda 180 milyon dollar məbləğində müqavilələr imzalayıblar” - nazir müavini deyib.

Niderland Senatının üzvü Rene van der Linden isə bildirib ki, ölkəsi Azərbaycan iqtisadiyyatının inkişafına və şaxələndirilməsinə kömək edə bilər.

Forum çərçivəsində birgə biznes mərkəzin yaradılması haqqında memorandum imzalanıb.

Bundan başqa, daha 3 memorandum imzalanıb. Həmin sənədlər Sumqayıt Kimya Sənaye Parkı, "Nar", İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu və Azərbaycan Polad İstehsalı Kompleksini əhatə edir. Bu qurumlar Niderlandın "Chamelot" Kimya Parkı, Axen Universiteti və Maastrixt Universiteti ilə əməkdaşlıq edəcəklər.

XS
SM
MD
LG