İraqın paytaxtı Bağdadda törədilən iki partlayışda 50-ə yaxın adam ölüb, 100-ə yaxın adamsa yaralanıb.
Mayın 17-də Al Şaab rayonundakı bazarda törədilən partlayışda 38 nəfər ölüb, 70-dəm çox adamsa yaralanıb.
İlkin məlumatlara görə partlayışı intiharçı qadın törədib.
Bu rayonda əsasən şiələr yaşayır.
Əl Rəşid rayonunda maşının partladılması nəticəsində isə 6 nəfər ölüb, 21 adam yaralanıb.
Hücuma görə cavabdehliyi hələlik heç kim üzərinə götürməyib.
Amma adətən bu cür hücumları “İslam dövləti” qrupu törədir.
Hazırda İraqın bir sıra əraziləri bu qrupun nəzarətindədir.