-
Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olması ilə bağlı danışıqlar davam edir.
«Trend» bunu Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevə istinadən yayıb.
Ancaq xəbərdə qeyd edilir ki, mart ayından sonra tərəflər arasında heç bir görüş olmayıb: «Bu yaxınlarda Aşqabadda ticarət məsələləri üzrə keçirilən forumda ÜTT-nin yeni üzvlərin qəbulu departamentinin direktoru ilə görüşdüm. Biz razılığa gəldik ki, yaxın vaxtlarda Azərbaycan üzrə işçi qrupun çağırılması məsələsinə baxılsın. Baxılmalı olan bir sıra sənədlər var».
Azərbaycanla ÜTT arasında növbəti görüşün iyunun axırında baş tutması gözlənilir.
Azərbaycanla ÜTT arasında üzvlüklə bağlı danışıqlar 1997-ci ildən davam edir. Amma 19 illik danışıqların, hələlik, müsbət nəticəsi yoxdur.
Müstəqil iqtisadçılar deyirlər ki, əslində Azərbaycan hakimiyyəti ÜTT-yə daxil olmaqda bir elə də maraqlı deyil. Onların fikrincə, Azərbaycan hakimiyyəti gömrükdə tam şəffaflıq və korrupsiyaya qarşı köklü mübarizə istəmir.